Mercedes-Benz GLC güclü mühərrik alıb - FOTO

Avtoxəbər 11 Aprel 2017 21:00 Oxunub 1429
Mercedes-Benz GLC güclü mühərrik alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Krossover ilk dəfə Nyu-York avtosalonunda debüt edəcək

Mercedes-Benz şirkəti krossoverlər GLC və GLC Coupe üçün təkmilləşdirilmiş AMG versiyaları təqdim edib. Avtosfer.az xəbər verir ki, avtomobillər müvafiq olaraq Mercedes-AMG GLC 63 və Mercedes-AMG GLC 63 Coupe adlanır. Modellər 4-litrlik turbo V8 mühərrikləri ilə təchiz ediliblər. Bu aqreqat AMG GT superkarında istifadə edilib. GLC və GLC Coupe-də mühərrik iki muftalı gücləndirici ilə təqdim ediləcək: 476 a.g, 650 Nm fırlanma anı və 510 a.g. və 700 Nm fırlanma anı. Hər iki aqreqat 19-diapazonlu sürət qutusu - AMG SPEEDSHIFT MCT ilə birgə işləyəcək. 476-güclü mühərriki olan Mercedes-AMG GLC 63 yerindən ilk yüzlüyə 4 saniyəyə, 510-güclü isə 3,8 saniyəyə sürətlənir. Maksimal sürət 250 km/saatdır. Bu dinamik xarakteristika GLC Coupe-də də var. Mercedes-AMG-nin mütəxəssisləri, həmçinin krossoverlərin çoxkameralı pnevmo asılqanını da təkmilləşdirib. Krossover ilk dəfə Nyu-York avtosalonunda debüt edəcək.

//auto.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh