"Volvo" yeni XC60 təqdim edib - FOTO

Avtobazar 11 Aprel 2017 19:00 Oxunub 1366
"Volvo" yeni XC60 təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni XC60 aprel ayının ortalarından istehsal ediləcək

Cenevrə avtosalonunda ikinci nəsil krossover Volvo XC60 debüt edib. Bu model şirkət üçün çox əhəmiyyətlidir. Avtosfer.az xəbər verir ki, məhz bu model Avropada daha çox satılır. Buna görə də dizaynerlər dəyişikliklərə çox ehtiyatla yanaşıblar. Yeni XC60-ın ümumi üslubu flaqman krossoveri XC90 ilə uyğundur. Krossover diodlu hərəkət işıqları olan faralar, pəncərələrin aşağısından banın arxa hissəsinədək qalxan xətlər, baqaj hissənin qapısınadək davam edən vertikal fənərlər, qısa çıxıntılar alıb. İnteryer də XC90-a bənzəyir. Qabaq panelin mərkəzində informasiya-əyləncə sistemi üçün böyük ekran var. O, Apple CarPlay və Android Auto-nu dəstəkləyir. Volvo XC60 254 və 320 a.g. olan benzin, habelə 190 və 235 a.g. verən iki turbodizel mühərrik alıb. Top versiya 407 a.g. verən T8 Twin Engine hibrid güc qurğusu ilə təchiz edilib. O, 0-dan 100 km/saata 5,3 saniyəyə sıçrayışı təmin edir. Yeni XC60 aprel ayının ortalarından istehsal ediləcək. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh