İndi də "BMW" “protiv” gedir - 077 VİDEO

Avtosfer TV 12 Aprel 2017 14:33 Oxunub 5769
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm təhlükəli vəziyyət, həm də tıxac formalaşır

Bəzi sürücülər tez-tez əks yola çıxaraq digərlərinə maneə yaradırlar. Analoji hallar daha çox tıxac olduğu zaman baş verir. Səbirsiz sürücülər isə tıxadan qurtulmağın yolunu qarşı tərəfin zolağına çıxmaqda görür. Avtosfer.az-ın oxucusu maraqlı bir video göndərib. Görüntülər Bakıxanov küçəsində qeydə alınıb. Belə ki, Bakıxanov küçəsi ilə hərəkət edən sürücü (Zooparkın yanı) qəflətən qarşısında 10 HA 077 dövlət nömrə nişanlı BMW markalı avtomobili görür. Avtomobil qarşı zolağa çıxaraq onun yolunu kəsib. Yolu kəsən sürücünün sağı dolu olduğu üçün o zolağı dəyişə bilmir. Yolunu kəsdiyi sürücü isə məcbur olub sağ zolağa keçməli olur. Beləliklə də həm təhlükəli vəziyyət, həm də tıxac formalaşır. Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh