Qırmızı işığı saymayan “NİVA” sürücüsü - VİDEO

Avtosfer TV 11 Aprel 2017 20:58 Oxunub 1806
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“NİVA”nın sürücüsü “gecə-qara, cücə qara” prinsipi ilə avtomobil idarə edir

Saytımızın oxucusu  maraqlı bir video göndərib. Görüntülər Kazım Kazımzadə küçəsində ("Bakıelektrikşəbəkə"nin qarşısı) qeydə alınıb. Belə ki, işıqforda qadağanedici işarə olsa da “NİVA” sürücüsü buna əhəmiyyət vermir. Video gecə saatlarında çəkilib. Görünür ki, “NİVA”nın sürücüsü “gecə-qara, cücə qara” prinsipi ilə avtomobil idarə edir.  Oxucumuz məlumat verir ki, həmin ərazidə bu cür hadisələr tez-tez baş verir. Çünki orada quraşdırılmış kameralar işləmir. Oxucumuzun sözlərinə görə bir neçə ay əvvəl bu yerdə onun avtomobilini vurub qaçıblar. Polis kamera görüntüləri olmadığı üçün hadisəni törədəni tapa bilmir. Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh