Bakıda bir cütlük boşandı: onları tanımayan Sumqayıt sakini işə düşdü - VİDEO

Xəbərlər 12 Aprel 2017 00:46 Oxunub 2238
Bakıda bir cütlük boşandı: onları tanımayan Sumqayıt sakini işə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Boşanan cütlüyün adına olan avtomobil etibarnamə ilə satıldığı şəxsin başına iş açıb

Boşanan cütlüyün adına olan avtomobil etibarnamə ilə satıldığı şəxsin başına iş açıb. Tragikomik hadisə Sumqayıtda baş verib. Şəhər sakini 34 yaşlı Ruhim Hüseynovun 2014 ildə aldığı avtomobilin etibarnaməsinin müddəti 2015 ildə bitib. Ancaq o, avtomobili öz adına keçirmək istəyəndə problemlə üzləşib. Problemə səbəb avtomobilin əsas sahibinin ailəsində yaranan problem - yəni onun boşanmasıdır. Mülkiyyətçilərin boşanmasına görə avtomobil də məhkəmə nəzarətində olduğundan o, illərdir maşını öz adına keçirə bilmir. Ruhim Hüseynov qarşı tərəfin razılığını almaq üçün səy göstərsə də buna nail ola bilmir. Hazırda boşanma işi məhkəmədə olduğuna görə avtomobilə həbs qoyulub.

İndi Ruhim Hüseynov çıxılmaz vəziyyətdə qalıb. Nə maşını sürə bilir nə də öz adına keçirə bilir.

Hüquqşünaslar isə deyir ki, faktiki avtomibl sahibi maşın üçün ödəniş edibsə qarşı tərəfin biri razılıq verməsə də məhkəmə yolu ilə sahibliq hüququnu təsdiqlədə bilər. Bunun üçün o maşını aldığı şəxs ilə birlikdə məhkəməyə gedərək "vicdanlı alıcı" olduğunu təsdiqləməlidir. Və bundan sonra maşını öz adına keçirə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh