Bakıdan Sumqayıta gediş-gəliş rahatlaşacaq - Yol qısalır - VİDEO

Yeniliklər 12 Aprel 2017 00:52 Oxunub 3638
Bakıdan Sumqayıta gediş-gəliş rahatlaşacaq - Yol qısalır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda sahilboyu ilə yeni yol salınır

Sumqayıtdan Bakıətrafı qəsəbələrə və hava limanına gedən sürücülər həm tıxacda qalmayacaqlar, həm də az məsafə qət edəcəklər. Bu məqsədlə Abşeron yarımadasının şimal hissəsində yeni yol çəkilir. Söhbət Novxanı-Pirşağı avtomobil yolundan gedir. Layihəyə görə, yol 2 zolaqlı olacaq. Hazırda yolun geniş ərazisində asfaltlanma və piyada səkilərinin tikintisi işləri aparılır. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yol boyu 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra ərazidə yol nişanları quraşdırılacaq, nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

"Azəravtoyol" Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, bu il istifadəyə verilməsi nəzərdə tutulan yolun çəkilməsi paytaxtda sıxlığın azalmasına və sürücülərin daha az məsafə qət etmələrinə səbəb olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh