"Jeep" ən güclü yolsuzluq avtomobilin təqdim edib - FOTO

Avtobazar 12 Aprel 2017 09:58 Oxunub 2247
"Jeep" ən güclü yolsuzluq avtomobilin təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni model "Trackhawk" adlandırılır

"Jeep" şirkəti yolsuzluq avtomobili Grand Cherokee-nin güclü modifikasiyasını təqdim edib. O, Trackhawk adlandırılıb. Avtomobil istehsalçısı yeniliyi dünyada seriyalı yolsuzluq avtomobilləri arasında ən güclü və cəld adlandırır. Model V-şəkilli, 6,2-litrli həcmi olan səkkizliklə təchiz edilib. Mühərrik 717 a.g. və 874 Nm fırlanma anına malikdir. Eyni mühərrikdən Dodge Charger və Challenger Hellcat-da istifadə edilir.

Grand Cherokee Trackhawk-un mühərriki 8-diapazonlu avtomatik sürət qutusu ilə birgə çalışır. O, yerindən 96 km/saata 3,5 saniyəyə sürətlənir. Avtomobil 11,6 saniyəyə 402 metr məsafə qət edir.

Jeep Grand Cherokee Trackhawk-un maksimal sürəti 290 km/saatdır. Avtomobil aprelin ortalarında Nyu-York avtosalonunda təqdim ediləcək.

 

avto.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh