Köhnə avtomobillər sürətlə bahalaşır - 2 min manata qədər artım var

Avtoxəbər 12 Aprel 2017 09:33 Oxunub 1956
Köhnə avtomobillər sürətlə bahalaşır - 2 min manata qədər artım var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Almaniya istehsalı olan işlənmiş avtomobillərin qiyməti bahalaşıb

Son günlər ikinci əl avtomobil bazarında problemlər müşahidə olunur. Alıcılar qiymətlərinin baha olmasından şikiyətlənir, satıcılar isə müştərilərinin azlığından. Bazarda kifayət qədər avtobil var. Lakin qiymət və keyfiyyət məsələsinin tarazlığı yoxdur. Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, işlənmiş avtomobillərin ölkəyə gətirilməsində problemlər var: “Ölkəyə daxil olan avtomobillərin sayında ciddi azalmalar müşahidə olunur. Yeni avtomobillər manat ekvivalentində insanların öyrəşmədiyi dərəcədə bahadır. Ən populyar “Hunadi”, “KİA” kimi modellər iki il əvvəl 11-12 min manat idisə, indi dollar ekvivalentində 20 min manatdan bahadır. Az qala iki dəfəyə qədər bahalaşıb. İnsanlar bu cür bahalaşmanı həzm edə bilmir. Ona görə, təzə maşınların alışı dayanıb.

Eyni zamanda, işlənmiş avtomobillərin ölkəyə gətirilməsində də problemlər var. Gürcüstandan gələn avtomobillərin sayı son bir il ərazində 20 dəfədən çox azalıb. Və bu da bazarda müəyyən dərəcədə qıtlığa səbəb olub. Ekoloji qaydalara görə, Avropadan ili 2005, Yaponiya və Koreyadan isə ili 2011-dən aşağı olan avtomobillər ölkəyə buraxılmır. Bu qadağalar da bazarda müəyyən dəyişikliklərə yol açır. Bu səbəblə, köhnə avtomobillərin qiymətində artım müşahidə olunur”.

Qeyd edək ki, bazarda daha çox Almaniya istehsalı olan işlənmiş avtomobillərin qiyməti bahalaşıb. Məsələn, əvvələr 7-8 min manat olan 1998-ci il istehsalı olan "Mersedes C-180" modeli indi 10 min manata qədər yüksəlib.

 

mMetbuat.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh