Sərnişini təyyarədən döyə-döyə düşürdülər- VİDEO

Avtosfer TV 12 Aprel 2017 19:00 Oxunub 2299
Sərnişini təyyarədən döyə-döyə düşürdülər- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməkdaşları şirkəti bir gündə 800 milyon dollar ziyana saldı

Amerika hava yollarının təyyarəsində çəkilən görüntülər dünyanı ayağa qaldırıb. Avtosfer.az-ın məlumatına görə, ABŞ-ın ən iri hava yolu şirkətlərindən olan "United Airlines" sərnişinlərdən birini yerdə sürüyə-sürüyə təyyarədən endirib. Buna səbəb isə məhz özlərinin səhvi olub. Bu hərəkət şirkətə 800 milyon dollara başa gəlib. Belə ki, şirkətin səhmləri sürətlə dəyərdən düşüb. Şirkətin dəyəri video yayılan kimi 22,5 milyarddan 21,7 milyard dollara düşüb. Xatırladaq ki, aviaşirkət təyyarəyə lazım olandan çox bilet satıb. Daha sonra heyət artıq olan 4 nəfəri endirmək istəyib. Bunun əvəzində isə sərnişinlərə 800 dollar pul ödəniləcəyi bildirilib. Sərnişinlərdən biri təyyarəni tərk etməkdən imtina edib. Bu zaman təhlükəsizlik xidmətinin əməkdaşları Asiyadan olan həkim kişini oturacaqdan qaldırıb və onu sürüyə-sürüyə çölə çıxarıb. Baş verənləri isə sərnişinlər anbaan kameranın yaddaşına köçürüblər. "United Airlines"in rəhbəri videogörüntülər yayıldıqdan sonra ictimaiyyətdən üzr istəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh