Avtomobillərin üzərindəki dini yazılar bizi qoruyurmu? "Ya Əli", "Ya Hüseyn"...

Yazarlar 12 Aprel 2017 13:08 Oxunub 5206
Avtomobillərin üzərindəki dini yazılar bizi qoruyurmu? "Ya Əli", "Ya Hüseyn"...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maraqlıdır, bu barədə dindarlarımız nə düşünür?

Bəzi insanlar qəzadan qorunmaq üçün avtombillərinin üzərinə “Ya Əli”, “Ya Hüseyn” və s. kimi dini şəxsiyyətlərin adlarını yazıdırır, yaxud da şəkillərini asırlar. Onlar hesab edir ki, bunu edən zaman avtomobil qəzaya uğramır, qəzaya uğrasa da, avtombil sahibinə heç nə olmur. Bir növ müdafiə vasitəsi kimi. Maraqlıdır, bu barədə dindarlarımız nə düşünür?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı metbuat.az-a çıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bu, başqa dinlərdə olan inancların islam dinində qorunub saxlanılmasıdır:

“Birinci növbədə, Quran da heç insanı qorumur. Quran insanlara haqqı göstərmək üçün göndərilib. Peyğəmbərdən sonra bəziləri bədənlərinə quran səhifələrinin kağızlarını gəzdirməyə başaldılar. Yaxud da, harasa asdılar. Onlar bunu etməklə, özlərini qoruduqlarını deyirdilər. Amma bunlar yalandır. Belə bir şey heç bir şəkildə doğru deyil. Peyğəmbər nə belə hərəkət edib, nə də başqalarına belə hərəkət etməyi məsləhət görüb. Bu gün təəssüflər olsun ki, Allah sözü ilə yanaşı, Məhəmməd, Əbu Bəkr, Əli, Həsən, Hüseyn və s. adların yazılması yalnış təzahürlərin nəticəsidir. Dinimizdə belə bir anlayış yoxdur”.

İlahiyyatçı Elşən Sultanzadə Metbuat.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, bunun İslama yaxından-uzaqdan heç bir dəxli yoxdur: “Bu, Məhəmməd Peyğəmbərin (s.ə.s) müşriklərinin qalıqlarıdır. O yazıların hamısı Allaha şərik qoşmağın yazılı metodlarıdır. Bizdə İslam dinindən əsər-əlamət qalmadığı üçün başımızın üstündə yazılan yazıların bizi qoruduğunu düşünürük. Bunların heç biri Məhəmməd Peyğəmbərin dini ilə əlaqə olan bir şey deyil. İnsan ən kritik məqamda Allahı çağırmaldır. Əgər Allah yerinə başqa bir dini şəxsiyyət çağırılarsa, bu, qeyd etdiyim kimi Allaha şərik qoşmaq deməkdir. Zümər sürəsinin 65-ci ayəsinə görə, bu, ən böyük günahdır. Allah bunu özünə nifrət kimi qəbul edir. Bizim millət Qurani-Kərimi oxumadığı üçün belə şeyləri bilmir”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh