Prezidentin maşınını daşa basdılar – VİDEO

Avtosfer TV 12 Aprel 2017 15:07 Oxunub 1518
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maduroya heç bir zərər dəyməyib

Venesuelanın prezidenti Nikolas Maduro Bolivar ştatına səfəri zamanı əhalinin qəzəbinə tuş gəlib. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, Bolivar ştatında hakimiyyətə etiraz edən aksiyaçılar prezidentin maşını hərəkət edərkən onu daşa basıblar. Hadisənin videogörüntülərini Miranda ştatının qubernatoru müxalifətçi Enrike Kapriles öz Tvitter səhifəsində yerləşdirib. Maduroya heç bir zərər dəyməyib. Aksiyadan canlı yayım edən dövlət televiziyası dərhal yayımı kəsib. Ara sakitləşəndən sonra yayım davam etdirilib. Prezidenti daşa basanlardan 5-i saxlanılıb. Qeyd edək ki, Venesuelada siyasi böhran getdikcə kəskinləşib. Madura parlamentdən kənar qərarlar verdiyinə görə etirazla qarşılanır.

    ŞƏRH YAZ
    Ad

    E-mail

    Şərh