Bakıda avtobusda bu da oldu; istəsəm siqarət də çəkərəm, «şey» də

Xəbərlər 30 Oktyabr 2014 00:15 Oxunub 2201
Bakıda avtobusda bu da oldu; istəsəm siqarət də çəkərəm, «şey» də
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Konduktordan sərnişinə etiraz: «Gündə 129 manat plan verərəm. Səndən icazə alıb siqaret çəkəcəyəm?»

Bakıda sərnişin avtobuslarında ela hadisələr baş verir ki, adamlar mat-mətəl qalırlar. Avtobus sürücülərinin sükan arxasında yemək yeməsi, çay içməsi, siqaret çəkməsi, mobil telefonla danışması artıq adi hala çevrilib. Amma bu avtobus sürücüləri hərdən elə hadisələr törədirlər ki, bizim üçün yenilik sayılır. Avtosfer.az-ın məlumatına görə, oktyabrın 28-də, gecə saat 12 30-da «Xalqlar dostluğu» metrostansiyasının qarşısında dayanmış 36 saylı marşrut avtobusunda maraqlı olay baş verib. Bu barədə jurnalist Elşad Paşasoy özünün facebook statusunda qeyd edib ki, sürücü avtobusu dayanacaqda saxlayıb siqaret çəkirmiş. Nəticədə salon tüstüyə qərq olub: «Buna etiraz edən sərnişinə qoçu konduktorun cavabı: "Əcəb edirəm! Gündə 129 manat plan verərəm. Səndən icazə alıb siqaret çəkəcəyəm? İstərəm siqaret çəkərəm, istərəm lap «şey» çəkərəm («şey» sözü bəzi təbəqələrdə narkotik maddə mənasında işlənilir)!».

Bax, belə! "Şey" çəkən sürücülərimiz da varmış, biz də deyirik qəzalar niyə artıb. Bəlkə Ziya Məmmədov sürücüləri narkoloji dispanserdə müayinə etdirsin?».

Maraqlı sualdır. Amma Avtosfer.az olaraq bir məqamı da biz əlavə edək ki, bu marşrutdakı sürücülərdə nadir hallarda sürücülük vəsiqəsi olur. Əldə etdiyimiz məlumata görə, bəzən elə olur ki, yolda bir sürücü düşür, o biri minib sürür.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh