Avtomobil alanda diqqətli olun - VİDEO

Avtoxəbər 12 Aprel 2017 23:53 Oxunub 1395
Avtomobil alanda diqqətli olun - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili etibarnamə ilə alan sürücü indi çıxılmaz vəziyyətdə qalıb

Etibarnamə ilə bağlı daha bir problem. ''10-ZP-483'' dövlət qeydiyyat nişanlı avtomobili mülki etibarnamə ilə idarə edən Beyləqan sakini Samiq Abbasovu yol polisi saxlayıb. Sürücü Samiq Abbasov bundan sonra Bakı şəhər Dövlət Yol polis idarəsinə müraciət edib. İdarədən ona bildirblər ki, cərimə avtomobilin əvvəlki sahibi Təbriz Cəlilova yazılıb. 400 manatlıq cərimə ödənmədiyi üçün faizlə birlikdə 640 manat olub.

Bəs belə olduqda yol polisi həmin avtomobili cərimə meydançasına apara bilər?. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, yazılan cərimə 2 ay müddətdə ödənilməlidir. Əgər ödənməsə cərimənin faizi gəlir və qanun tələb edir ki, inzibati xətanın pozulmasında istifadə edilən nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına aparılsın. Kamran Əliyev onu da qeyd etdi ki, belə problemlə qarşılaşmaq istəməyən sürücü avtomobili alarkən ilk növbədə onu öz adına qeydiyyata salmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh