Lüks avtomobillər küçələrə atılır - FOTOLAR

Avtodünya 13 Aprel 2017 00:36 Oxunub 4294
Lüks avtomobillər küçələrə atılır - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Küçəyə atılmış bu avtomobillər görən hər kəsin diqqətini çəkir

Dünyanın ən zəngin şəhərlərindən biri olan Dubayda parklarda, küçənin ortalarında olduqca lüks olan “Ferrari” və “Porsche” kimi avtomobil modellərini sahibləri tərk edib. Səbəbi nədir bəs?

Avtosfer.az xəbər verir ki, benzinin çox ucuz olduğu, iqtisadi durumunun da yaxşı olduğu Dubayda küçəyə atılmış bu lüks avtomobillər görən hər kəsi ağzı açıq qoyur.  Dubayın tozlarına qərq olmuş və aylardır motoru işə salınmayan bu avtomobillər niyə tərk edilib? Hər kəsi bu sual maraqlandırır. Tərk edilmiş avtomobillər sırasında “Mercedes”, “Audi” v ə BMW” kimi markaların ən bahalı modelləri də yer alır. 

Deyilənə görə, sahibləri avtomobilinin borcunu ödəyə bilmədiyinə görə bu lüks avtomobilləri tərk etməli olublar. 

Ərəbistanda avtomobil borcunu ödəyə bilməyən sürücünü qoruyacaq və ya ona güzəşt ediləcək bir qanun yoxdur. Borcunu ödəməyən həbs olunur. Həbsə girmək istəməyənlər də lüks avtomobillərini tərk edib ölkədən qaçmaqla çarə tapır.

Bildirilir ki, tərk edilən bu avtomobillər müəyyən müddət saxlandıqdan sonra satılır. O müddət tamamlanana kimi isə toz içində qalır. 

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh