Ramil Usubov həkimi rəis təyin etdi - FOTO

Yol polisi 13 Aprel 2017 02:06 Oxunub 2392
Ramil Usubov həkimi rəis təyin etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tibb xidməti polkovnik-leytenantı Babaxanov İsbi sözügedən vəzifəyə təyin olunub

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub. Avtosfer.az bakipost.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına Respublika Hospitalına rəis təyin edilməsi ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hospitalın Müalicə işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı Babaxanov İsbi sözügedən vəzifəyə təyin olunub.

Məlumat üçün bildirək ki, 1999-cu ildən bu hospitalda çalışır. 

Qeyd edək ki, Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar bir neçə ay əvvəl təqaüdə göndərilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh