Velosiped qəzalarının sayı buna görə artır - VİDEO

Yazarlar 13 Aprel 2017 23:47 Oxunub 1411
Velosiped qəzalarının sayı buna görə artır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Velosipedi aşırsaydı arxadan gələn avtomobilin altında qalacaqdı

Bakının Mehdi Hüseyn küçəsində hərəkətdə olan velosiped sürücüsü təhlükəli hərəkət edib. Avtosfer.az xəbər verir ki, yolda intensiv hərəkətin olmasına baxmayaraq o, velosipedin qabağını qaldıraraq bir təkər üstündə hərəkət edib. Sürücünün etdiyi bu əməl faciə ilə də nəticələnə bilərdi. O, dərk etmir ki, velosipedin qabaq təkərini göyə qaldıran zaman tarazlığı saxlaya bilməyib velosipedi aşırsaydı arxadan gələn avtomobilin altında qalacaqdı.

Qanunda velosipedlərin yolda necə hərəkət etmələrinə dair çox ciddi tələblər var. Çox təəssüf edirik ki, velosiped sürücülərinin əksəriyyəti bu tələblərə riayət etmir. Məsuliyyətdən kənarda qaldıqları üçün,onlar yolda bu cür hoqqalar çıxarırlar. Ümid edirik ki, velosiped sürücülərinə qarşı da yaxın zamanlarda nəzarət güclənəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh