Sürücü hərəkətini hansı istiqamətdə davam etdirə bilər? - DOĞRU CAVAB

Yarışma 13 Aprel 2017 16:54 Oxunub 3128
Sürücü hərəkətini hansı istiqamətdə davam etdirə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. 

Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nizamlayıcının siqnalları  ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə sürücü hərəkətini hansı istiqamətdə davam etdirə bilər?

a)  Sağa və ya düzünə;

b) Yalnız sağa;

c) Bütün istiqamətlərdə.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 58-ci maddəsinin II hissəsinin “v” bəndinə əsasən,  nizamlayıcının “Sola dönmə” siqnalı  onun sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə  icazə verir. Qanunun 60-cı maddəsinin V hissəsinə görə, nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Lakin burada nəqliyyat vasitəsi yolun ən sağ zolağındadır və bu səbəbdən sola və geriyə dönə bilməz (Qanunun 42-ci maddəsinin VI hissəsi). Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Bu vəziyyətdə sürücü hərəkətini sağa və ya düzünə davam etdirə bilər.

Suala doğru cavabı Elşən adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh