Polisdən inanılmaz xilasetmə: "Əlini verməyən kişi deyil" - VİDEO

Yol polisi 13 Aprel 2017 16:57 Oxunub 2921
Polisdən inanılmaz xilasetmə: "Əlini verməyən kişi deyil" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Söyüş götürməyən şəxs əlini polisə uzadıb və onu damdan endiriblər

Bakı şəhərində intihara cəhd hadisəsi qeydə alınıb. Avtosfer.az 1news.az-a istinadən xəbər verir ki, şəhərin Nəsimi rayonundakı mikrorayonların birində özünə qəsd etmək istəyən şəxs binanın damına çıxıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Beşmərtəbəli binanın damına çıxan polis özünü aşağı atmaq istəyən şəxsi qeyri-adi üsulla xilas edib. Polis serjantı özünə qəsd etmək istəyən şəxsə yaxınlaşaraq: "Əlini mənə ver, vermiyən kişi deyil, vermiyən alçaqdır"-deyib. Belə bir ifadə nəticəsini verib. Çox güman ki, söyüş götürməyən şəxs əlini polisə uzadıb və onu damdan endiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh