Fəlakət, Şirin və Qılman yol qaydalarını belə pozdu - VİDEO

Yazarlar 13 Aprel 2017 23:27 Oxunub 13691
Fəlakət, Şirin və Qılman yol qaydalarını belə pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmiyyətdə sevilən insanların bu cür davranışları insanlara pis nümunə olur

"Bozbash Pictures"-in aktyorları teleaparıcı İlkin Həsəni üçün evlənmə haqqında videosüjet çəkərək ona mahnı hədiyyə etdilər. Avtosfer.az xəbər verir ki, onlar həmin videonu sosial şəbəkələrdə paylaşıblar. Video maraqla qarşılanıb. İnsankları güldürən gənc aktyorların bu hərəkətinə yenə də gülənlər olub. Amma məsələ burasındadır ki, onlar bu süjeti avtomobildə hərəkətə olan zaman çəkiblər və qayda pozublar. Göründüyü kimi, avtomobil hərəkətdə olduğuna baxmayaraq sürücü qismində nə Nicat Rəhimov (Şirin), nə Elşən Orucov (Fəlakət), nə də İlkin Misgərli (Qılman) təhlükəsizlik kəmərindən istifadə etməyib. Bundan əlavə onlar sürücünün fikrini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmasında iştirak ediblər. Həmçinin sürücü də nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak edib. “Yol hərəkəti haqqında” qanunun və İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə, bütün bunların hamısı qayda pozuntusudur. Bu tələblər həm sürücüyə, həm də sərnişinlərə aiddir. Bu tələbin pozulmasına görə isə sürücüyə 40 manat, sərnişinlərə isə 30 manat cərimə düşür.

Bu cür tanınmış simalar intizamlı olmaqla cəmiyyətə nümunə olsaydılar daha xoş olardı. Onlar cəmiyyətdə sevilir, tanınır və etdikləri hərəkətlər bəzən dillərdə dolaşır. Bu baxımdan, belə insanlar öz davranışlarında diqqətli olmalı, cəmiyyət üçün nümunə göstərmələdir. Ancaq çox təəssüf ki, bu cür xoşagəlməz hallar yenə də baş verir.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh