Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü - FOTO-VİDEO

Avtoxəbər 14 Aprel 2017 09:25 Oxunub 23410
Aeroport yolunda dəhşətli qəza - 3 nəfər yanaraq öldü - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"KİA" 10 AX 002 nömrəli “VAZ” 2107 markalı maşınla toqquşub

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən Avtosfer.az-a bildirilib ki, hadisə zamanı "VAZ 2107"-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Araşdırmalar davam etdirilir.

***

Bu gün Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib. Avtosfer.az xəbər verir ki, "Qafqazinfo"nun hadisə yerindən verdiyi xəbərə görə, qəza təxminən 1 saat əvvəl olub. “KİA” markalı 90 VT 097 nömrəli avtomobillə 10 AX 002 nömrəli “VAZ” 2107 markalı maşın toqquşub. Qəza nəticəsində "07" alışaraq yanıb. İlkin məlumata görə, maşının içində 2 nəfər yanaraq ölüb.





ŞƏRH YAZ
Ad

E-mail

Şərh