Nazirlik hərbi texnika və hərbi obyektləri məhv edəcək PUA-lar yaratmağa başlayıb

Texnologiya 14 Aprel 2017 15:23 Oxunub 1439
Nazirlik hərbi texnika və hərbi obyektləri məhv edəcək PUA-lar yaratmağa başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Zərbə-KH” pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb

Yaradılması Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində aparılan və artıq silahlanmaya tövsiyə olunan “Yalquzaq” snayper tüfənginin, xüsusi təyinatlı əl pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, müxtəlif millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, atəş yığımının və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, MSN-nin tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirilib ki, hazırda, ötən il yaradılan, sınaqları uğurla başa çatdırılan və təqdimatı keçirildikdən sonra seriyalı istehsalına başlanılan “Zərbə-KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olan, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən tam müəyyən edən və məhv etmək gücündə olan “Zərbə-KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb. Qeyd olunub ki, eyni zamanda, iki istiqaməti -  zirehli texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılmasını  bir arada aparan yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh