Yeri şumlayır, torpağı yumşaldır - Arxasınca da əkin aparır - VİDEO

Texnologiya 15 Aprel 2017 00:35 Oxunub 2116
Yeri şumlayır, torpağı yumşaldır - Arxasınca da əkin aparır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun düzəltdiyi mini texnika təsərrüfatda xeyli iş görür

Yeri şumlayır, torpağı yumşaldır, arxasınca isə kartof və və digər tərəvəzləri əkir. 43 yaşlı Zaqatala sakininin düzəltdiyi texnika bir neçə işi eyni anda görə bilir. Ramiz Qarəhmədov ixtisasca istismarçı texnikdir.Məktəb illərindən fizikaya maraq göstərən qəhrəmanımız, hələ uşaq ikən belə istifadəyə yararsız radio, maqnitafon və başqa cihazları təmir etməklə ətrafındakıları təəccübləndirib. İndi isə fərqli texnikalar düzəldir. Onun düzəltdiyi mini texnika təsərrüfatda xeyli iş görür. Ramiz motosikl mühərrikinə əlavə vasitələr quraşdıraraq gücünü çoxaldıb. Onun ideyaları bununla bitmir.Kohnə paltaryuyan maşınından toyuq tükü təmizləyən qurgu düzəldib.

İnkubasiya aparatını düzəltmək üçün isə istifadəyə yararsız, atılmış soyuducu, koomputerlərin içərisində olan vintilyasiya sistemləri və rəqəmsal antenanın mühərrikindən istifadə edilib. Bu cihaz Eyni vaxtda 200 ədəd toyuq yumurtasından cücə çıxarmaq imkanına malikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh