Üç nəfərin yandığı qəzanın dəhşətli görüntüsü - Video - 16+

Avtosfer TV 15 Aprel 2017 00:38 Oxunub 28881
Üç nəfərin yandığı qəzanın dəhşətli görüntüsü - Video - 16+
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ətrafda toplanan sürücülərin heç birinin maşınında yanğınsöndürən balon olmayıb

Bu gün Zığ yolunda baş verən dəhşətli qəzanın videosu yayılıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 3 nəfərin yanaraq öldüyü 10 AX 002 nömrəli “VAZ-2104” markalı avomobilin alışmasını oradan keçən sürücülər videoya çəkiblər. İlkin ehtimala görə maşının yanmasına benzin çəninin deşilməsi səbəb olub və yanğınsöndürən maşınlar gələnə kimi ətrafda toplanan sürücülərin heç birinin maşınında yanğın əleyhinə maddə olmadığı üçün bir köməklik edə bilməyiblər. 

Qeyd edək ki, səhər saatlarında “Kia” markalı 90 VT 097 nömrəli avtomobil10 AX 002 nömrəli “VAZ- 2104” markalı maşını arxadna vurub. Hadisə nəticəsində "04" alışaraq yanıb. Maşında olan sürücü Gülağa Quliyev, sərnişinlər 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu yanaraq ölüblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh