Ərşad Hüseynovdan 3 nəfərin öldüyü qəza ilə bağlı - Şok açıqlama - VİDEO

Yazarlar 15 Aprel 2017 09:10 Oxunub 12177
Ərşad Hüseynovdan 3 nəfərin öldüyü qəza ilə bağlı - Şok açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ölkəmizdə 90-dan yuxarı sürətlə təhlükəsiz hərəkəti təmin edən yol yoxdur”

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Zığ yolunda 3 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı fikirlərini açıqlayıb. Avtosfer.az-ın məlumatına görə, ekspert bunları yazıb: “Dəhşət odur ki, eyni istiqamətdə (üz-üzə yox) gedən avtomobillər toqquşur və 3 adam ölür, hətta yanaraq ölürlər. 

Sürücü dostlar, xahiş edirəm, bunları yadda saxlayın:

1. Bizim ölkəmizdə 90 km/saat-dan yuxarı sürətlə təhlükəsiz hərəkəti təmin edən yol yoxdur. 

2. Ara məsafə saxlayın, özünüzə hər zaman rahat manevr və mümkün qəzadan qaçmaq üçün məkan saxlayın. Qabaqda gedənin arxasına söykənib özünüzə tələ düzəltməyin və s.

3. Yolu təhlükəli edən əsas amil orada hərəkət edənlərdir. Yollarımızda hər cür ağılda, düşüncədə olan, metal və palstik kütlə yığınını minib yola çıxan adamlar var. Onları da fərqləndirmək asan iş deyil. Sadəcə özünüzü qoruyun.

4. Sərt manevr etməyin, yalandan tələsməyin. Bir düşünün, görün doğrudanmı tələsirsiniz? Tələsərək nəyə nail olacaqsınız? və s.”.

Qeyd edək ki, dünən səhər saatlarında Zığ yolunda “Kia” markalı 90 VT 097 nömrəli avtomobil 10 AX 002 nömrəli “VAZ- 2104” markalı maşını arxadan vurub. Hadisə nəticəsində "04" alışaraq yanıb. Maşında olan sürücü Gülağa Quliyev, sərnişinlər 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu yanaraq ölüblər.

“VAZ-2104” markalı avomobilin alışmasını oradan keçən sürücülər videoya çəkiblər. İlkin ehtimala görə, maşının yanmasına benzin çəninin deşilməsi səbəb olub.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh