Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb

Yeniliklər 8 Aprel 2014 00:00 Oxunub 2042
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan əlilliyiolansərnişinlərinsərbəstdaxilolavə enə bilməsi üçünmüvafiqpnevmatiktexnikivasitələrquraşdırılmış avtobuslarınidxalınabaşlayıb. Bunuəməkvə əhalininsosialmüdafiəsinaziriSəlimMüslümovhakimYeniAzərbaycanPartiyasınınrəsmisaytınamüsahibəsində deyib. O bildirib ki, avtobuslarda əlil şəxslər üçün xüsusi yerlər nəzərdə tutulub. Əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb. S.Müslümov qeyd edib ki, yeni istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz olunub. Eləcə də onların hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir: "Təbii ki, bu istiqamətdə digər sahələrdə də ciddi işlərin aparılması əsas vəzifələrdəndir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsinə və "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsinə bununla bağlı xüsusi maddələr daxil edilib. Həmin maddələrdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması və s. ifadə olunub".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh