NASA Saturn planetinin peykindən məlumat toplayır

Maraqlı 15 Aprel 2017 19:30 Oxunub 1151
NASA Saturn planetinin peykindən məlumat toplayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fransa və ABŞ alimləri Entselad peykində isti okeanın olduğunu sübut etmişdilər

NASA-nın kosmik zondu Saturn planetinin peyki üzərində həyat şərtlərinin yaranması barədə məlumat toplayıb. Avtosfer.az xəbər verir ki, "Cassini" kosmik aparatı Saturnun peyki Entseladı tədqiq edib. NASA əməkdaşlarının ehtimalına görə, bu peykdə həyatın yaranması üçün lazım olan şərtlər var. Bildirilir ki, zond peykin buzla örtülü qatının çatlamış hissələrində hidrogen molekulu aşkar edib. Tədqiqat nəticələrinə əsasən, Entselad peykinin nüvəsi ilə buz qatlarının altındakı okean arasında hidrotermik reaksiyaların olma ethimalı var. Yer planetində bu tip proses bakteriyaların yaranmasına şərait yaradır. Avropa Kosmik Agentliyi və İtaliya Kosmik Agentliyinin də iştirak etdiyi "Cassini" missiyası artıq başa çatmaq üzrədir. Aparat Saturn, onun halqaları və Ay haqqında 20 ildir ki, məlumat toplayır. Qeyd edək ki, Fransa və ABŞ alimləri Entselad peykində isti okeanın olduğunu sübut etmişdilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh