Ən qorxunc motosiklet qəzaları; baş bədəndən ayrıldı – VİDEO – 18+

Avtoxəbər 31 Oktyabr 2014 00:21 Oxunub 3377
Ən qorxunc motosiklet qəzaları; baş bədəndən ayrıldı – VİDEO – 18+
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydalara əməl etmədikdə sonu faciə ilə bitən qəzalar qaçılmazdır

Motosiklet və velosiped sürücüləri bəzən yol hərəkəti qaydalarını elə kobud şəkildə pozurlar ki, sonu faciə ilə bitir. Çünki velosiped və motosiklet sürənlər hərdən elə düşünürlər ki, onların idarə etdiyi nəqliyyat vasitəsi o qədər də təhləkəli deyil, yol hərəkəti qaydaları onlara aid deyil və haradan istəsə keçib gedə bilər. Avtosfer.az dünyanın ən dəhşətli, ən qorxunc motosiklet qəzalarının videosunu təqdim edir. Ürəyi zəif olanların baxması məsləhət görülmür.

Bunu ona görə təqdim edirik ki, motosiklet sürücüləri qaydalara ciddi riayət etsinlər. Çünki motosiklet qəzalarında ölüm və ömürlük şikəst qalmaq dərəcəsi yüksəkdir. Avtomobildə bir çox təhlükəsizlik elementləri, qoruyucu vasitələr var. Amma motosikletdə baş geyimi-dəbilqədən başqa heç bir qoruyucu vasitə mövcud deyil. Odur ki, yollarda diqqətli olmaq lazımdır. Əks halda, sonu faciə ilə bitən qəzalar qaçılmazdır.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh