"Avtoş"luq edən motosiklet sürücüsü görmüsünüz? - ŞOK VİDEO

Yazarlar 16 Aprel 2017 00:40 Oxunub 1845
"Avtoş"luq edən motosiklet sürücüsü görmüsünüz? - ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biri yedəkli motosikleti iki təkər üzərində sürür, digəri atı maşına bağlayıb dartır

Üçtəkərli yedəkli motosikleti iki təkər üzərində idarə edir, hələ bu azmış kimi motosikletçi ötmə əməliyyatı həyata keçirir. Avtosfer.az-ın məlumatına görə, video Cəlilabadda lentə alınıb. Motosikletçi heç nəyi düşünmədən təhlükəli manevrlərə yol verir.

Məsələni şərh edən ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu hal real qəza şəraitidir. Motosiklet sürücüsünün bu hərəkəti isə xuliqanlıqdır.

Astarada çəkilmiş digər bir görüntüdə isə sürücü atı iplə avtomobilə bağlayaraq sürür. Sürət artdıqca at da boğulmamaq üçün daha möhkəm qaçır. Üstəlik kadrların çəkildiyi Astara-Ələt magistralında intensiv hərəkətin olduğu müşahidə edilir.

Ekspertin sözlərinə görə, bu cür hərəkət ilk növbədə bəsit düşüncənin məhsuludur. Ancaq bunun sürücücü təkcə yol hərəkəti qaydalarını pozmur, həm də heyvana zülm edir. Ev heyvanlarının daşınması şərtlərini pozduğuna görə sürücü 200 manat məbləğində cərimə edilməldir. Cərimənin məbləği az olsa da, təhlükəsi olduqca böyükdür. Ona görə də nəqliyyat vasitəsini idarə edərkən həyati təhlükəli manverlərə yol vermək olmaz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh