"Tesla" elektrik mühərrikli yük maşını istehsal edir

Texnologiya 16 Aprel 2017 20:00 Oxunub 1670
"Tesla" elektrik mühərrikli yük maşını istehsal edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İl yarım iki il sonra isə "Tesla"-nın pikapı da alıcılara təqdim ediləcək

"Tesla" şirkəti elektrik mühərriki ilə çalışan yük maşını üzərində işləyir. Avtosfer.az xəbər verir ki, ilk belə avtomobil 2017-ci ilin sentyabr ayında təqdim ediləcək. Bu barədə şirkətin rəhbəri İlon Mask şəxsi Tvitter səhifəsində məlumat verib. Mask yazıb: "Tesla Semi" yük maşını sentyabr ayında təqdim ediləcək. Komanda əla iş ortaya qoyub. Bu həqiqətən yeni səviyyədir". Şirkət rəhbəri həm də qeyd edib ki, yeni "Tesla Model 3" avtomobili cari ilin ortalarında satışa çıxacaq. İl yarım iki il sonra isə "Tesla"-nın pikapı da alıcılara təqdim ediləcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh