288-in sürücüləri belə gəlib, belə də gedəcək - VİDEO

Avtoxəbər 31 Oktyabr 2014 07:23 Oxunub 1836
288-in sürücüləri belə gəlib, belə də gedəcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Marşrut avtobusunun sürücüsü ya rəngləri seçə bilmir, ya da svetoforda dayanmaq ona qadağandır

Bakıda ən çox kobud qayda pozuntularına yol verən marşrut avtobusları arasında 288 saylı marşrut məhşurdur. Bu avtobusların sürücləri nəyə və kimə arxayın olublarsa, qoşa xətti tapdalamaq, svetoforun qırmızı işığından keçmək, qarşı yola çıxmaq, dayanacaqdan kənarda saxlamaq kimi əməllər onların arasında adi hala çevrilib. Və nədənsə, DYP əməkdaşları arasında da bəziləri 288 saylı marşrut avtobuslarının qayda pozuntusunu görəndə üzünü çevirir.

Avtosfer.az-ın təqdim etdiyi bu videoda da kobud qayda pozuntusuna yol verən avtobus 288 saylı marşrut üzrə hərəkət edir. Göründüyü kimi, svetoforun qırmızı işığı yanır və bütün sürücülər dayanıb gözləyir. Ancaq 288 saylı avtobusun sürücüsünün başının razmeri o qədər böyükdür ki, özünü hamıdan ağıllı hesab edir və qarşı yola çıxaraq qəza şəraiti yaratmaqla qırmızı işıqda hərəkəti davam etdirir.

 

Elmədddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh