"Chagman" sürücüləri magistral yolda belə "avtoş"luq edir - VİDEO

Avtosfer TV 16 Aprel 2017 23:29 Oxunub 1869
"Chagman" sürücüləri magistral yolda belə "avtoş"luq edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki yük avtomobilin saatda 100 kilometr sürətlə hərəkət etdiyi aydın görünür

Sürət həddi saatda 70 kilometr olan yolda saatda 100 kilometr sürətlə "Chagman" markalı 2 yük avtomobili "avtoş"luq edir. Sanki yarış meydançasında özlərini hiss edən bu avtomobillərin sürücüləri həm özlərinin, həm də yolda olan digər sürücülərin həyatını təhlükəyə atırlar. Avtosfer.az xəbər verir ki, görünülər Ələt-Astara yolunda arxada hərəkət edən avtomobildə olan sərnişin tərəfindən qeydə alınıb. Görüntülərdə hər iki yük avtomobilinin sürücüsünün saaatda 100 kilometr sürətlə hərəkət etdiyi aydın görünür. Bununla yanaşı, yük avtomobilindən birinin sürücüsü qəza şəraiti yaradaraq yolda dayanmış digər yük avtomobilinə çırpılmaqdan son anda xilas ola bilir.

Kadrlardan aydın olur ki, qaydani pozan 99 XF 420 və 99 DF 994 dövlət nömrə qeyydiyyat nişanlı yük avtomobillərinin sürücüləridir.

Belə vəziyyətdə yol polisi sürücülərin törətdiyi qayda pozuntusunu radarla qeydə alarsa, onlarıın hər birini 50 manat və 2 cərimə balı gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh