Təkər çıxdı, maşın elektrik dirəyinə çırpıldı, yaralılar var

Avtoxəbər 16 Aprel 2017 23:58 Oxunub 1104
Təkər çıxdı, maşın elektrik dirəyinə çırpıldı, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağsuda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Ağsu rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Ağsu-Bico avtomobil yolunda qeydə alınıb. Rayonun Kəndoba kənd sakini, 1970-ci il təvəllüdlü Abdullayev Ziyad Məhərrəm oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən avtomobilin şinlərindən biri qəflətən yerindən çıxdığı üçün sürücü idarəetməni itirib və avtomobil yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Hadisə zamanı sürücü Ziyad Abdullayev və sərnişini, 1988-ci il təvəllüdlü Niftullayev Şəhriyar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh