Hindistanlı velosipedçi dünya turu çərçivəsində Azərbaycana gəlib - FOTO

Avtosfer Foto 17 Aprel 2017 01:38 Oxunub 1769
Hindistanlı velosipedçi dünya turu çərçivəsində Azərbaycana gəlib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Portuqaliyadan səyahətə başlayan idmançı səfərini Hindistanda tamamlayacaq

Hindistan velosipedçisi Yoqeş Qubta dünya turu çərçivəsində Azərbaycana gəlib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hazırda yaşadığı Portuqaliyadan 8 ay öncə səyahətə başlayan 30 yaşlı idmançı artıq 7 min km. məsafə qət edib. Azərbaycandan sonra İran və digər ölkələrdən keçəcək velosipedçi səfərini 10 aydan sonra Hindistanda yekunlaşdıracaq. Səfər etdiyi ölkələrdə yerli xalqların mədəniyyət və həyat tərzi ilə yaxından tanış olan Yoqeş Qubta Azərbaycanda qonaqpərvərlik gördüyünü, insanların çox səmimi olduğunu bildirib. Bərdəyə gələn idmançı bir neçə gün orada qalaraq şəhərin tarixi abidələri ilə yaxından tanış olmaq niyyətində olduğunu bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh