"06" getdiyi yerdə xarab oldu, qəza baş verdi

Avtoxəbər 17 Aprel 2017 02:18 Oxunub 1066
"06" getdiyi yerdə xarab oldu, qəza baş verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağcabədidə “VAZ”-la “Mercedes” toqquşdu: 1 yaralı

Ağcabədidə yol qəzası baş verib. Hadisə rayonun Boyat kəndinə qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı minik maşınında yaranan texniki nasazlıqdan idarəetməni itirən sürücü qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”-ın sərnişini,  rayonun İmamqulubəyli kənd sakini  Həsənov İntiqam Hüseyin oğlu kəllə beyin travması ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı İ.Hüseynovun vəziyyəti ağırdır.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma başlanıb.

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh