Özünüzü bu sürücüdən qoruyun – Hara gəldi sürür – 10 GP 300 - VİDEO

Avtoreyd 17 Aprel 2017 12:18 Oxunub 10756
Özünüzü bu sürücüdən qoruyun – Hara gəldi sürür – 10 GP 300 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər sürücü vaxtında əyləci basmasaydı toqquşma baş verəcəkdi

Aprelin 14-də Bakının Azərbaycan prospekti ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində digər sürücüyə qəza şəraiti yaradan 10-GP-300 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsünün intizamsızlığı Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, "Lexus"un sürücüsü Əlövsət Quliyev küçəsindən Azərbaycan prospektinə çıxan zaman sağa məcburedici yol nişanının tələbinə riayət etməyərək düzünə hərəkət edərək qaydanı pozub. Qəza şəraitinə düşən avtomobilin sürücüsü vaxtında əyləci basdığına görə qəzadan son anda qurtulub. Həmin görüntüləri təqdim edirik:

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh