Koreya şirkəti «ASLAN» adlı avtomobil istehsal etdi - FOTO

Al-sat 31 Oktyabr 2014 02:10 Oxunub 4002
Koreya şirkəti «ASLAN» adlı avtomobil istehsal etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məşhur şirkət türklərin zəif damarını tutub

“Hyundai” adını türk sözündən götürən yeni model avtomobil istehsal olunub. Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” yeni “Aslan” adlı sedan modelini təqdim edib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, adını türk sözündən götürən yeni model 3 seriyada istehsal olunub. Statistik göstəricilərə görə, “Hyundai” şirkəti daxili bazarda Avropanın avtomobil istehsalçıları ilə rəqabətdə kifayət qədər zəifləyib. “Hyundai” yeni modeli ilə rəqabət gücünü artırmağa çalışır. Şirkət rəhbərliyi, son dönəmlərdə idman avtomobillərinə tələbin daha çox olduğunu və istehsalda da çox bu üsluba diqqət yetirildiyini bildirib.

“Aslan”ın daha əvvəlki “Genezis” modelindən fərqi onun ön ötürücü sistemlə çalışmasındadır. Şirkət rəhbərliyi hər iki modelə tələbatın çox olduğunu qeyd edib.

Şirkət 2014-cü ilin sonuna qədər 6 min ədəd, 2015-ci ilin sonuna qədər isə 22 min ədəd "Aslan" modeli satmağı proqnozlaşdırır.
Yeni modelin G300, G330 Premium və G330 ekskluziv seriyaları var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh