99 EF 500 piyadadır, yoxsa avtomobil? FOTO

Avtoreyd 19 Aprel 2017 13:50 Oxunub 6768
99 EF 500 piyadadır, yoxsa avtomobil? FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəs piyadalar hardan keçsin?

Qadağan olunmuş yerdə park etmə bəzi sürücülərin sevimli “peşəsidir.” Bəzən digər avtomobillərə maneə yaradacaq qədər yolun hərəkət hissəsində avtomobillər saxlanılır. 99 EF 500 dövlət nömrə nişanlı avtomobilin sürücüsü isə bir az irəli gedərək piyada keçidində avtomobili saxlayıb. Özü də elə bir vəziyyətdə ki, ordan piyadaların keçməsi ümumiyyətlə mümkünsüz hala gəlir. Avtosfer.az-ın oxucusunun göndərdiyi foto Səməd Vurğun küçəsində çəkilib. Belə ki, Salatın Əsgərova küçəsindən Səməd Vurğun küçəsinin kəsişməsində olan piyada keçidini zəbt edən sürücünü deyəsən heç nə maraqlandırmır. Ən maraqlısı isə odur ki, həmin ərazidə DYP avtomobili tez-tez görünür... 

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh