Günün fotosu: ən uzun çadır və ən yeni asfalt

Avtosfer Foto 17 Aprel 2017 11:44 Oxunub 9067
Günün fotosu: ən uzun çadır və ən yeni asfalt
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə artıq bir maşın asfalt boşaldılıb, yetməsə, biri də gələcək

Bu şəkil Bakıda çəkilib, sosial şəbəkədə paylaşılıb. Hələlik müəlifi bilinmir. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, bir Azərbaycan mənzərəsidir bu. Başqa ölkələrdə yas çadırı qurmurlar, bildiyimizə görə. Başqa ölkələrdə yas çadırı qursalar da, bu uzunluqda qurmurlar. Göründüyü kimi, çadırın uzunluğu 50 metrə yaxındır. Hiss olunur ki, yas yerinin sahibi tanınmış, imkanlı adamdır və bu üzdən qonaq-qarası çox olacaq. Bizdə qaydadır, imkanlı, vəzifəli, tanınmış adamların toyunun da, yasının da qonaq-qarası çox olur. Adətdəndir. Ölkənin ən uzun yas çadırının sahibinin imkanlı və ya vəzifəli (əslində bunlar üzvi şəkildə bir-birilə bağlıdır) olmasının bir göstəricisi də yas çadırırnın girişinin asfaltlanmasıdır. Göründüyü kimi, hadisə yerinə artıq bir maşın asfalt boşaldılıb, yetməsə, biri də gələcək. Təbiidir, heç kəs istəməz ki, onu sayıb hüzr məclisnə gələn adamın ayağı toza, palçığa batsın. Ona qalsa, beş-altı il əvvəl atasının hüzr çadırına sensorla qapı qoyduran məmurlar da olub. Bununa belə, bu cür mənzərəni görənlər arzulaya bilər ki, keşkə onların küçəsində yaşayan imkanlı adamların da tezliklə hüzrü düşsün, bəlkə küçələri asfaltlana. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh