Öz toyuna gedən bəy-gəlin təyyarədən qovuldu

Maraqlı 17 Aprel 2017 12:46 Oxunub 1142
Öz toyuna gedən bəy-gəlin təyyarədən qovuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar başqa yerdə oturmaq istəyiblər

Bir neçə gün öncə artıq bilet satdıqları sərnişini sürüyə-sürüyə təyyarədən çıxaran "United Airlines" yenidən qalmaqalın mərkəzinə düşüb. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, ABŞ-ın hava yolu şirkəti bu dəfə öz toylarına gedən cütlüyü təyyarədən endirib. Maykl Hol və Amber Maksvel toylarının keçiriləcəyi Kosta-Rikaya getmək üçün təyyarəyə miniblər. Təyyarə havaya qalmazdan öncə gənc cütlük öz yerlərindən bir neçə sıra öndə olan boş oturacaqlara keçiblər. Nəticədə təyyarə bələdçiləri cütlüklə mübahisəyə başlayıb və onları təyyarədən endirib. Buna səbəb kimi isə ön sırada olan yerlərin qiymət fərqi göstərilib. "Biz ekonom klass sinfindəki yerlərin də qiymətinin fərqli olduğunu bilmirdik. Heç birinci sinfə keçməyə də xüsusi ilə can atmamışıq", deyə Hol deyib. Aviaşirkət isə sərnişinləri dəfələrlə ödədikləri biletlərdən daha baha olan yerlərə keçmək istəməkdə ittiham edib. Bir müddən öncə adıçəkilən hava yolları şirkəti artıq bilet satdıqları üçün 4 sərnişini təyyarədən endirmək istəyib. Lakin onlardan biri bundan imtina edib. Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları çinli sərnişini sürüyərək və döyərək təyyarədən endirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh