Deputat və bacısı oğlu kimin evini və maşınını ələ keçirib? - VİDEOLAR

Xəbərlər 17 Aprel 2017 14:56 Oxunub 6127
Deputat və bacısı oğlu kimin evini və maşınını ələ keçirib? - VİDEOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkə rəhbərliyinə fəryadlı şikayət
Məlumat üçün bildirək ki, "Şturtqart" mağazalar şəbəkəsinə Masallı rayonundan millət vəkili seçilmiş Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev müdirlik etsə də, işin başında duran əsas əsas fiqurun deputatın özü olduğu vurğulanır.
Qeyd edək ki, şikayətçi Fərhad Rəfiyev 2007-ci ildən "Karkas” avtomobil ehtiyyat hissələri dükanında satıcı vəzifəsində çalışıb. Daha sonra isə "Karkas” mağazalar şəbəkəsinin adında dəyişiklik edilərək "Ştutqart” adı altında fəaliyyət göstərməyə başlayıb. Şikayətçinin qeyd etdiyinə görə, evi daputatın bacısı oğlu Əfqan Abdullayevin, avtomobil isə deputatın qardaşı oğlunun adına keçirilib. Bundan sonra zərərçəkmiş Fərhad Rəfiyev özünə borc-xərclə yenidən iş qursa da, Əfqan Abdullayev Fərhadı hədələyib və deyib ki, "sən kartof-soğan sat, amma daha avtomobil hissələrinin satışı ilə məşğul olma, çünki sən bizə rəqib ola bilərsən".
Şikayətçinin valideynləri də təsdiq edir ki, Əfqan Abdullayev oğlu Fərhad Rəfiyevə hədə-qorxu gələrək onun daşınmaz əmlakını əlindən alıb. Belə ki oğlunun avtomobilini hədə-qorxu və təhdidlərlə əlindən aldıqdan sonra evini əlindən alıblar: "Evimizə polis göndərib, oğlunu aparıb, hədə-qorxu gəlibllər. Evini, maşınını alıblar".
Fərhdaın anası ağlaya-ağlaya Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya üz tutaraq, başlarına açılan oyunların qarşısını alınmasını xahiş ediblər
Mia.az Youtube kanalında yayılan və şikayətçinin üzləşdiyi vəziyyətlə bağlı ölkə rəhbərliyinə edilən görüntülü şikayəti də təqdim edir:
 
 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh