"Genesis" şirkətinin ilk krossoveri - FOTO

Avtoxəbər 17 Aprel 2017 21:00 Oxunub 1254
"Genesis" şirkətinin ilk krossoveri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Premial brend Genesis-in 2020-ci il model sırasında 6 model olacaq

Genesis şirkəti Nyu-York avtosalonunda ilk konseptual krossoverini təqdim edib. Avtomobil GV80 adlanır. Çox güman ki, prototip gələcəkdə seriyalı versiya almayacaq, lakin yenilik üzərində mövcud olan bir sıra həllər gələcəkdə brendin avtomobillərində tətbiq olunacaq. Krossover futuristik dizayn alıb. Salonda sensorlu idarəetməsi olan rəqəmsal cihazlar paneli quraşdırılıb. Ekranlar, həmçinin arxa oturacaq sərnişinləri üçün nəzərdə tutulub. Kapotun altında yanacaqla çalışan güc qurğusu quraşdırılıb. Digər texniki hissələr barədə hələlik məlumat verilmir. Premial brend Genesis-in 2020-ci il model sırasında 6 model olacaq. Gələcəkdə Genesis markası altında iki krossover və idman kupesi hazırlanacaq. Sportkarı yəqin ki, bu il təqdim edilmiş 3,3-litrlik V6 benzin mühərriki ilə təchiz edəcəklər. Həmçinin atmosferli 5,0-litrlik V8 mühərrikinin də meydana gələcəyi istisna edilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh