Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 40 tonluq gəmisi təmirdən çıxdı - FOTO

Yeniliklər 17 Aprel 2017 17:23 Oxunub 1080
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 40 tonluq gəmisi təmirdən çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-24” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb. Gəmiçilikdən Avtosfer.az-a verilən məlumata görə, keçən ilin noyabrından başlanan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərriklərin nasosları, seperatorlar, boru sistemləri, kayutlar və sair yüksək keyfiyyətlə təmir olunub. Qeyd edək ki, təmir üçün lazımi detallar “Bibiheybət” Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsinin Torna sahəsində hazırlanıb. Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçiriləcək.  “Atlet-24” kran gəmisi 1990-cı ildə Polşada inşa edilib. Uzunluğu 63,8 metr, eni 15 metr olan gəmi 1 520 at gücünə malik mühəriklə təchiz olunub və surəti 11,24 uzeldir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh