Bakıda polis xidmət zamanı bıçaqlandı – FOTO+VİDEO

Yol polisi 18 Aprel 2017 01:40 Oxunub 1931
Bakıda polis xidmət zamanı bıçaqlandı – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Əmircan qəsəbəsində baş verib

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, bıçaqlanan şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşı, 1988-ci il təvəllüdlü kiçik çavuş Orucov Eldar İmamverdi oğludur. Hadisə polis əməkdaşları Post Patrul Xidməti maşını ilə əraziyə baxış keçirən zaman baş verib. Polislər qəsəbədə şübhəli "Lada Qrant" markalı avtomobil görərək ona yaxınlaşıblar. İnsident maşında oturan 4 nəfərdən sənədlərini təqdim etmələri tələb olunduğu zaman baş verib. Naməlum şəxslərdən biri arxa qapıdan düşərək E.Orucovun bud nahiyəsinə bıçaq zərbəsi endirib. Maşında olanlardan yalnız birini tutmaq mümkün olub. Hazırda digər üç nəfərin axtarışı davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh