Təyyarədə necə daha rahat və təhlükəsiz uçmaq olar?

Maraqlı 18 Aprel 2017 11:21 Oxunub 1098
Təyyarədə necə daha rahat və təhlükəsiz uçmaq olar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarədə arxa oturacaqlarda əyləşən sərnişinlərə daha yaxşı xidmət göstərilir

Məlum olduğu kimi, təyyarə ən müasir və təhlükəsiz nəqliyyat vasitələrindən biridir. Lakin bəzi məsləhətləri yerinə yetirməklə təyyarədə daha rahat və təhlükəsiz uçmaq mümkündür. Avtosfer.az Trend-ə istinadən təyyarədə rahat və təhükəsiz uçmaqla bağlı bir sıra tövsiyyələri təqdim edir. Ekspertlər təyyarədə uçan zaman çay və kofe içməməyi tövsiyə edirlər. Belə ki, iddialara görə, təyyarənin göyərtəsində bu içkiləri hazırlamaq üçün istifadə edilən içməli su bağırsaq çöpü və s. bu kimi zərərli bakteriyalar daşıya bilər. Ona görə də təyyarədə uçan zaman hazır sulardan və ya şirələrdən istifadə etmək məsləhət görülür. Təyyarədə oturacağınız qarşısında olan masadan istifadə etməzdən əvvəl onu təmizləyin, çünki stüardessalar da etiraf edir ki, həmin masalar çox da yaxşı təmizlənmir. Ekspertlər tövsiyə edir ki, əgər sizin uçuş vaxtını seçmək şansınız varsa, gündüz vaxtına təyin olunmuş uçuşa üstünlük verin. Çünki gündüz vaxtı həyata keçirilən uçuşlarda ləngimə ehtimalı çox azdır. Qeyd edək ki, təyyarə gündüz vaxtı uçuşlarda hava burulğanına gecə vaxtı olan uçuşlardan daha az düşür. Gündüz vaxtı uçuşlar xüsusən, təyyarədə uçmaq fobiyası olan sərnişinlər üçün daha əlverişlidir. Təyyarədə arxa oturacaqlarda əyləşən sərnişinlərə daha yaxşı xidmət göstərilir. Bunu stüardessalar özləri də təsdiq edirlər. Çünki arxa oturacaqda əyləşən sərnişinlərə daha çox diqqət yetirilir, onlar daha rahat şəkildə əlavə qida, su və digər içkilər sifariş edə bilirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh