"Aston Martin Vanquish S" xüsusi versiya alıb - FOTO

Avtoxəbər 18 Aprel 2017 21:00 Oxunub 1189
"Aston Martin Vanquish S" xüsusi versiya alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobildən cəmi 10 ədəd olacaq

Aston Martin şirkəti Vanquish S-in xüsusi modifikasiyasını təqdim edib. Bu versiya markanın Kembricdəki diler mərkəzində sifariş edilib. Bu avtomobildən cəmi 10 ədəd olacaq. Sportkar üçün xüsusi qırmızı rəng hazırlanıb ki, bu, pilotaj qrupunun təyyarəsinin rənginə bənzəyir. Dam karbondan hazırlanıb və üzərində elektrik cərəyanının təsviri çəkilib – bu şəkillər elə təyyarənin fənərlərinin üzərində də var. Bundan əlavə, yeniliyi qabaq splitteri, ban üzərində olan ağ və göy rəngli aksentlərlə seçmək olar. İnteryer yaşıl-qara rəngdə hazırlanıb. Bu, pilotların kombinezonlarını xatırladır. Qabaq oturacaqların arxasında isə iki yürüş şlemi üçün yer düzəldilib. Salonda, həmçinin avtomobilin fərdi nömrəsi üçün yer quraşdırılıb. Burada hər pilot öz nömrəsini yazacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh