Azərbaycan “NAZ-lifan”ın istehsalını dayandırdı

Avtobazar 19 Aprel 2017 11:34 Oxunub 2067
Azərbaycan “NAZ-lifan”ın istehsalını dayandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu il ölkədə avtomobil istehsal edilməyib

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, zavodda satış olmadığına görə istehsal dayanıb. Xatırladaq ki, indiyə qədər ümumilikdə sifariş edilən 270 avtomobil artıq sifarişçilərə çatdırılıb. NAZ alan qurumlar sırasına Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları daxildir. Naxçıvan Avtomobil Zavodu (NAZ) 8 modeldə minik avtomobili istehsal edir. Bunlar "NAZ-lifan 720”,  "NAZ-lifan 820” (Premium modellər), "NAZ-lifan 620”, "NAZ-lifan 630” (sedan modellər), "NAZ-lifan X50” və X60 (SUV), "NAZ-lifan 320” və 330 (mini) modelləridir. "NAZ-lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh