Evakuator bu dəfə maşın yox, ev daşıdı, təhlükəli vəziyyət yaratdı - VİDEO

Qaydalar 19 Aprel 2017 14:25 Oxunub 1468
Evakuator bu dəfə maşın yox, ev daşıdı, təhlükəli vəziyyət yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozması bir yana, hələ sürücü sürətə həddinə də fikir vermir

Evakuator bu dəfə avtomobil yox, ev apardı... Özündən böyük yükü aparması ilə qayda pozması bir yana, hələ sürücü sürətə həddinə də fikir vermir. Dəmir konstruksiyadan olan evi evakuator sürücüsü Bakı-Ələt yolu ilə aparkən başqa bir sürücü tərəfindən çəkilib. Görüntülərdən aydın olur ki, evin eni 3, hündürlüyü isə təxminən 2 metrdən çoxdur. Yəni ev evakuatorun yedəyindən hər iki tərəfdən 1 metrə qədər kənara çıxıb

Kadrları izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu nəyinki evakuator sürücüsünün özü, hətta digər hərəkət iştrakçıları üçün də böyük təhlükə yaradır. Əgər yük nəqliyyat vasitəsinin kənarlarından, onun qabarit enindən 40 sm-dən çox xaricə çıxarsa, yükə xüsusi işarələnmə tətbiq edilməlidir və yolda hərəkəti üçün də icazə alınmalıdır. Ekspertin sözlərinə görə, əgər yük evakuatordan 1 metr kənara çıxarsa, burda da yük işarələnməli, həmin nəqliyyat vasitəsi isə təhlükəsizliyi təmin etmək üçün hər iki tərəfdən müşayiətlə hərəkət etməlidir.

Sözügedən təhlükəli vəziyyətə görə təkcə sürücü yox, həm də yük daşıyan şirkəti cərimə gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh