Yol polisindən "protiv" gedən DYP maşını ilə bağlı sərt açıqlama – VİDEO

Yol polisi 19 Aprel 2017 15:47 Oxunub 12707
Yol polisindən "protiv" gedən DYP maşını ilə bağlı sərt açıqlama – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürücülərin vəzifəsidir ki, onlara yol versin"

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev ötən gün sosial şəbəkələrdə “YPX 120-lik yolda“protiv” sürdü” başlıqlı yazıya münasibət bildirib. Şöbə rəisi Avtosfer.az-a bildirib ki, bəzi internet saytlarında patrul avtomobilinin axşam vaxtı sürətli yolda sayrışan işıq siqnalını yandıraraq qarşı hərəkət zolağında idarə olunmasını əks etdirən görüntüləri yayan və bu görüntülərin üzərinə vahimələndirici musiqi də əlavə etməklə sanki az qala polisin ciddi qanun pozuntusuna yol verməsi halını aşkarladığını ictimaiyyətə sırımağa çalışanlar birdəfəlik bilməlidirlər ki, “Yol hərəkəti haqqında” qanunun 74-cü maddəsinə əsasən xüsusi səs siqnalı və qırmızı, yaxud göy rəngli sayrışan işıq siqnalına malik üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüləri yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu qanunun tələblərindən kənara çıxa bilərlər. Və hər bir hərəkət iştirakçısının da vəzifəsidir ki, belə nəqliyyat vasitələri yaxınlaşdıqda onlara yol versin, xüsusilə də sürücülərin: "Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərindən kənara çıxan əməkdaşlar bu hərəkətləri yalnız xidməti zərurətlə əlaqədar etmək məcburiyyətində olurlar. Yəni, bu hərəkətlər qəzaya düşən, həyatı təhlükədə olan insanların xilas edilməsi, cinayət hadisəsinin, yaxud baş verə biləcək qəzanın, hər hansı fövqəladə halın qarşısının alınması və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi kimi mühüm işlərin yerinə yetirilməsi ilə əlaqədar olur. Hər halda sadəcə məsafəni qısaltmaq və ya vaxta qənaət etmək üçün heç bir əməkdaş nə özünün, nə də başqalarının həyatını risqə atmaz.

Belə görüntüləri qeydə alan və sensasiya yaratmaq naminə tez-tələsik sosial şəbəkələrdə yayanlar onu da düşünsünlər ki, bu avtomobillər nə vaxtsa onların da özlərinin və ya döğmalarının köməyinə gedə bilər.”

Qeyd edək ki, dünən missiya.az saytının yaydığı xəbərdə bilirilir ki, yol polisi əməkdaşı sürücülərə təhlükəli anlar yaşadıb. Videoda polis əməkdaşının xidmət avtomobili ilə yolun əks istiqamətində yüksək sürətlə hərəkət etdiyi öz əksini tapıb. Hadisə Bakı-Qazax yolunun, Qobustan rayonundan Sanqaçal qəsəbəsi istiqamətində baş verib. Polis əməkdaşı hərəkət zamanı avtomobilin üzərindəki sayrışan işıqları yandırıb və yüksək sürətlə irəliləyir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh