Aptekə gələn dəvətsiz "qonaq" iki nəfəri yaraladı - VİDEO

Avtosfer TV 19 Aprel 2017 19:33 Oxunub 1647
Aptekə gələn dəvətsiz "qonaq" iki nəfəri yaraladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bura bu gün təkər girirsə sabah yük maşını da girər"

Hərəkətdə olan avtomobildən çıxan təkər, aptekin qapısından içəri girərək orada oturan 2 nəfərə dəyib. Hadisə Türkiyənin Adana şəhərində baş verib. Belə ki, Adananın Yürəgir rayonu Mustafa Kamal Paşa Bulvarında yolda hərəkətdə olan avtomobilin sağ arxa təkəri qoparaq yolun kənarında yerləşən aptekin qapısından içəri girərək iş yeri sahibi Əbdülqadir Erdeveyi görməyə gələn İbrahim Obaz və Vulkan Aya dəyib. Müxbirə danışan iş adamı yoldaşları ilə söhbət etdiklərini, anidən təkərin içəri girməsinə nə baş verdiyini ifadə edərək, "Dostlarımızla iş danışırdıq. Bir anda təkər içəri girib bizi ziyarət etdiyini gördük. Şok olduq. Bir anda təkərlə qarşılaşacağımızı gözləmirdik. Xəstə gözləyərkən təkər gəldi. Bura bu gün təkər girirsə, sabah yük maşını da girər. Sürücüdən şikayətçi olmamışıq".

Bu anlar iş yerinin təhlükəsizlik kameralarına da əks olunub. Avtosfer.az İHA-ya istinadən həmin görütüləri təqdim edir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh