Köhnə avtobusdan möhtəşəm ev düzəltdi - VİDEO

Maraqlı 19 Aprel 2017 21:10 Oxunub 1989
Köhnə avtobusdan möhtəşəm ev düzəltdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Köhnə avtobusun orijinal sükanı, əl əyləci və radiosu hələ yerində dayanır

47 yaşlı Rob Robinson adlı İngiltərə vətəndaşı Majestic House (Möhtəşəm Ev) adını verdiyi bu köhnə avtobusu cəmi 700 funt-sterlinqə bir anbardan alıb.

Altı ay davam edən bir iş nəticəsində köhnə avtobusu komfortu bir evə çevirib. Rob Robinson bunun üçün 4 min Funt – sterlinq pul xərcləyib.

İllər əvvəl, Cənubi Uels ilə London arasında sərnişin daşıyan 41 nəfər tutumu olan avtobus, artıq önündəki gözəl bir tətil evinə çevrilib. Bağban işləyən Rob Robinson, bu istiqamətdəki qabiliyyətlərini maraqlı evi rəngarəng etmək0 üçün də istifadə edir. İçərisində bir evdə lazım olan hər cür rahatlığa sahib olan bu evi istəyənlər kirayəyə də götürüb tətillərini burada keçirə bilirlər. Avtosfer.az həmin avtobus-evin görüntülərini təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh